KEYFİYYƏT

Bu gün əminliklə və böyük qürur hissi ilə deyə bilərik ki, şirkətimiz ölkəmizdəki digər tikinti şirkətlərindən keyfiyyət, etibarlılıq kimi xüsusiyyətlərinə görə xeyli fərqlənir. Bu prinsipləri əsas tutaraq şirkətimiz mənzilləri müştərilərə tam təmirli təhvil verir. Sakinlərimizin rahatlığı üçün binaların inşasını və təmirini cəmi 1 il ərzində bitirib insanları keyfiyyətli evlə təmin edən “Xəzər İnşaat QSC” sizə xoş və sağlam həyat vəd edir. Bizim hədəfimiz – sakinlərin rahat və keyfiyyətli mənzilə olan tələbatını onların maddi imkanlarına və mənəvi ehtiyaclarına uyğun şəkildə ödəməkdir.


Təmirə aşağıdakılar daxildir:


  • Mənzilin daxili qapıları Belarusiya istehsalıdır.  Şam ağacından istehsal olunan bu qapıların üzlüyü ekoloji təmiz, temperatur dəyişiminə dayanıqlı, cızılmayan və xoşagəlməz qoxusu olmayan polipropilen materialıdır. Furnitura dəsti dözümlü “Zamak” metaldan hazırlanır. Qapıların çərçivələri mismarsız və hər hansı yapışqansız quraşdırıla bilən “Teleskop” modeldir. Bu modelin üstünlüyü istənilən vaxt çıxardılıb yenidən quraşdırıla bilməsidir.                     
                      
  • Divar kağızları 1893-cü ildən fəaliyyətdə olan İtaliyanın Limonta firmasının istehsalıdır. Divar kağızlarının üz materialı vinil, astarı isə yüksək yapışqanlığa malik flizelin materialındandır. Bu məhsuldan istifadə edilərkən kənarlarının qopması və ya aralanması kimi hallar müşahidə edilməyəcək. Bundan başqa məhsullar İtalyan ənənəsinə uyğun olaraq qalın olduğu üçün divara vurulandan sonra asanlıqla cırılması mümkün deyil. Standartlara cavab verən müasir texnologiya ilə istehsal edilən bu divar kağızlarının görünüşü tam aydındır , heç bir bulanıqlıq effekti yaratmır.
 
  • Mənzil təmirində istifadə edilən duş kabinlər Almaniyanın Hüppe markasındandır. Bu brendin məhsulları dünyanın dörd bir tərəfində istifadə olunur. Kabinin şüşəsi “5mm tempered”  qırılmaz və tam təhlükəsizdir. Bu şüşənin özəlliyi odur ki , fövqəladə vəziyyət zamanı yüksək təzyiq və ya kənar təsir nəticəsində qırıldığı halda ətrafa heç bir qırıntı saçılmır. Duş kabinlərin alman texnologiyası ilə hazırlanması səbəbilə istər giriş , istərsə də kənar hissələri xarab olmur və uzun illər istifadə oluna bilər.
 
  • Hamam aksesuarı dəsti bu sahədə Türkiyənin ən tanınmış markası olan E.C.A firmasınındır. Sanuzel üçün lazım olan hər bir detal yüksək zövqlə seçilmiş və dayanıqlı keyfiyyəti ilə seçilir. Dizayn baxımından hər bir parça ahənglik yaradır. Metal parçalar saf xrom materialdandır və paslanmır.  
 
  • İstilik radiatorları İtaliya brendi olan İmmergas markasındandır. 80mm genişlikdə olan bu məhsul istiliyin tam olaraq ötürülməsini təmin edir. Qalınlığının yetəri dərəcədə olması səbəbilə hətta 20 atmosfer təzyiqə belə dözməsi test edilmişdir. Radiatorların materialı alüminium olduğundan insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur .
 
  • İsveçin Kahrs markasının parket döşəmələrinin üzəri qalın mat effektli görünüşə malikdir. Rusiyada istehsal olunan palıd materialından olan bu döşəmələr nəmliyə qarşı tam dözümlüdür və üzərinə su  dağıldığı zaman heç bir halda aralanmır və çatlamır.   
 
  • Hamam və koridorların təmirində İspaniyanın ən məşhur kafel-metlax zavodlarından olan STN firmasının məhsullarından istifadə olunur. Bu brendin məhsulları dünyanın 120 ölkəsində müştərilərə təklif olunur. Dizaynına görə göz oxşayan bu plitələr həm də tam təhlükəsizdir, yüksək dəqiqliklə və texnologiya ilə hazırlanır. Müxtəlif rəng və dizaynda vurulan bu kafellər hamam otağına fərqli görünüş verir.     

  • Liftlər alman markası olan Wittur firmasının istehsalıdır. Qapı mexanizminə görə , keyfiyyətinə görə seçilən bu liftlər tam təhlükəsizdir. Kabinləri geniş və  işıqlıdır. 630kg sərnişinlər üçün və 1000kg isə yük üçün nəzərdə tutulmuş liftlər mövcuddur. Lift motorları İtalyan brendi olan Alberto Sassi firmasındandır ki , təhlükəsizlik baxımından ən yüksək normalara cavab verir. Ən hündür binalarının liftlərini  belə ehtiyyat güc saxlamaqla idarə edə bilən bu motorlar , həm də sığorta sisteminə malikdir. Fövqəladə hal baş verdiyi zaman liftə komanda verilərək 1 m. məsafədə durdurulur və içəridəki insanlar tam rahat evakuasiya oluna bilir.
 
  • Binaların fasadında Rusiyanın TexnoNİKOL şirkətinin məhsulu olan izolyasiya materialı istifadə olunur.  Mənzillərin qışda isti, yayda sərin olmasına şərait yaradan bu fasad örtüyü vulkanik mənşəli daşların 1500 – 1800 dərəcədə xüsusi sobalarda əridilərək plazma halına salınmaqla istehsal olunur.  Ekoloji cəhətdən ən təmiz məhsul hesab olunur. 9 qatdan ibarət olan fasad örtüyü məsaməli olduğuna görə nəfəs alır və buna görə də daxili məkanlarda heç vaxt nəmişlik və qaralma müşahidə olunmur. Dünyada ən geniş yayılmış istilik izolyasiya materialı hesab olunur. İstifadə olunan bu fasad izolyasiya materialı 25 il təmir edilmədən istifadə edilə bilər.