YENİ GÜNƏŞLİ

DƏNİZ MƏNZƏRəlİ MƏNZİLLƏR
25 İLLİK İPOTEKA İMKANI İLƏ

Şəhərimizin səfalı guşələrindən olan, havasının təmizliyi ilə seçilən Günəşli yaylasında tikilmiş yaşayış kompleksində 1, 2 və 3 otaqlı fərqli ölçülü mənzillər təklif edirik. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “D” yaşayış massivində yerləşən binalarımızdan metronun “Əhmədli” və “Xalqlar Dostluğu”stansiyalarına 10 dəqiqəlik avtomobil yolu var. Kompleksin bilavasitə yaxınlığında isə yeni metro stansiyası istifadəyə veriləcək.

Dəniz mənzərəli mənzillərə sahib olmağa tələsin!

Kompleksin inşasında zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə olunub. Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur “Peri” şirkətinə aiddir. Tikintidə istifadə olunan yüksək keyfiyyətli armaturlar Ukrayna malıdır..

Yaşayış kompleksində binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da var. Mənzillərin isidilməsini təmin edən mərkəzləşdirilmiş istilik sistemi isə İtaliyanın “Immergas” firmasınındır. Giriş qapıları Türkiyə malıdır, daxili qapıları isə Belarus istehsalıdır.

Buradakı mənzillərdə döşəmələrə İndoneziya istehsalı parlaq parket düzülüb, divarlara isə İtaliya malı olan parça tərkibli divar kağızı çəkilib. Mənzillərdə bütün hamam aksesuarları Türkiyənin “E.C.A.” şirkətinə aiddir, alman texnologiyası ilə istehsal olunmuş “PVC” plastik pəncərələr və İspaniya istehsalı olan kafel-metlaxdan da istifadə edilib.

Mənzilləri çıxarışla (kupça) təmin edirik!

Yaşayış kompleksində sakinlərin rahatlığı üçün onların istifadəsinə yerli və xarici telekanalların çıxışını təmin edən rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də verilib.

Yaşayış kompleksimizdə uşaq əyləncə mərkəzi, yaşıllıqlar və çoxillik ağaclardan ibarət geniş park da salınacaq.

Avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan Türkiyədə istehsal olunmuş liftlərlə birbaşa mənzillərinə qalxma imkanına malik olacaq sakinlərimiz rahatlıqlarına rahatlıq qatacaqlar.